Koreyada sevgililər üçün sevgi ölçən cib telefonı hazırlanıb
{mosimage}Koreyada Sevgililər üçün sevgi ölçən cib telefonu hazırlanıb. Öl...

Yalnız anaya və ataya zəng edən cib telefonu
Amerikada 2 il bundan qabaq bazara çıxan, istifadəçiləri arasında Madonna və Angelina Jolieni...

Gigabyte GSmart i128: Mobil televizor
WM kommunikatorlarında daha nəyin əksik olması sualı Gigabyte şirkətini çox düşün...

Samsunq C170: hamı üçün nəciblik
 Nəinki «blootooth» və «infraqırmızı gözdən», hətta kamera və MP3-dən belə...

Mobil texnikaya rəqabət artır

Yeni icad edilən cihaz öz funksiyaları ilə iPod və digər mobil cihazl...


Samsung-dan qadınlar üçün ilin əvvəlinə bir hədiyyə

Samsung, yeni il əvvəlinə ilin hədiyyəsi olaraq tövsiyə etdi...


SMS-lərin sürətli yazılması üzrə çempionat

"LG" şirkəti ABŞ-da SMS məlumatların sürətli yığ...


588_293.jpg
Ana səhifə
Özüözünə sürülən maşın

Image Volkswagen ecazkar bir maşın istehsal edib. Bu maşın kompüter sistemi ilə təchiz edilib. Ən maraqlısı odur ki, maşında tam avtopilot proqramı var. Yəni maşın sizin idarəniz olmadan belə özüözünə sürülür. Siz artıq sürücülük qabiliyyətiniz olmasada bu maşınla mənzil başına çata bilərsiniz.

Daha ətraflıda bu barədə video fayla baxın.

 
"SIMURQ Loto" kampaniyası
Image15 mart – 16 aprel 2008-ci il tarixləri arasında SİMURQ xidmətilə istədiyiniz musiqi, şəkil, video və ya başqa məzmunu yükləyin - “SİMURQ Loto” lotereyasında iştirak etmək şansını qazanın!
 
Dünyanın ən ucuz cib telefonları
ImageAvtomobil istehsaçısı “Tata”nın 2 min 500 dollarlıq “dünyanın ən ucuz maşını”nı hazırlamasından sonra hindli mühəndislər dünyanın ən ucuz cib telefonları”nı insanların istifadəsinə verməyə hazırlaşırlar. “Xalqın telefonu” adı verilən bu telefonların qiyməti cəmi 20 dollardır.
Spice şirkətlər qrupu hazırladıqları telefonları qarşıdakı aydan etibarən Asiya bazarlarına satışa verəcək. Spice şirkəti nümayəndələri 10 dollarlıq telefonlar üzərində də işlədiklərini deyiblər
 
Elektron məktublar stress yaradır
ImageAparılan araşdırmaya görə iş yerində elektron məktubların çox sıx oxunması stress yaradır. İki universitetin ortaq apardığı araşdırmaya qatılan 200 nəfərə e-mail ünvanlarına nə qədər çox baxdıqları sual edilib. Qatılanların üçdə birindən çoxu gün ərzində aldıqları elektron məktubların sayı səbəbi ilə narahat olduqlarını deyiblər. Bir çox qadın bəzən bir saat içində 40 dəfə e-maillərinə baxmaq məcburiyyətində qalırlar ki, bu da onlarda stresə səbəb olur.
 
Artıq Google-də qibləni də axtarmaq mümkündür
ImageBu sistemdə xəritə və peyklə qiblənin yeri müəyyənləşdirilə bilər.
Dünyanın ən böyük axtarış sistemlərindən biri olan Google artıq harada olursa olsun qibləni tapmaqda müsəlmanlara köməklik edəcək. Bundan sonra müsəlmanlar Google axtarış sistemində olan xəritə və peyk xidmətindən istifadə edərək qiblənin yerini asanlıqla təyin edə biləcəklər. Bunun üçün axtarış sistemində “QiblaLocator”u və buradan da olduğun ölkə ilə şəhərin koordinatlarını tapmaq lazımdır. Bundan sonra isə istər xəritə ilə, istərsə də peyk görüntüləri ilə qiblənin dəqiq yerini müəyyənləşdirmək mümkündür.
 
Mobil telefon istehsalçısı «Nokia» Almaniyanı tərk edir
ImageŞirkət fəaliyyətini dayandırsa, 2300 nəfər işsiz qalacaq.
Finlandiyanın mobil telefon istehsalçısı «Nokia» Almaniyanı tərk edir. Helsinkidə finlərin almanlarla apardığı danışıqların uğursuz başa çatdığı bildirilir. Bununla da «Nokia»nın Almaniyanın Bohum şəhərindəki zavodu fəaliyyətini dayandıracaq. Zavoddakı bütün avadanlıqlar isə ucuz işçi qüvvəsinin bol olduğu Rumıniyaya köçürüləcək. Zavodun bağlanmasından sonra 2300 nəfərin işsiz qalacağı gözlənilir. Artuq bununla bağlı zavodun işçiləri mitinqlərə başlayıb.
 
Google Android platformasında ilk telefonlar təqdim olunub
Image     İspaniyanın Barselona şəhərində keçirilən Ümumdünya Mobil Konqresində ARM, Texas Instruments və Qualcomm kimi ona yaxın şirkət Google tərəfindən hazırlanmış Android açıq kodlu platforma bazasında işləyən telefonların prototipini təqdim ediblər.
BBC-nin məlumatına görə, Android əsasında işləyən telefonların artıq bu il satışa çıxarılacağı gözlənilir.
Açıq və pulsuz mobil platforma olan Google Android-in işlənib hazırlanmasında
Intel, Motorola, Qualcomm, LG və digərləri daxil olmaqla 30-dan çox şirkət iştirak edib. Google Android-in əsas rəqibləri Microsoft-un Windows Mobile əməliyyat sistemi və Nokia şirkətinin Symbian platformasıdır.
 
Torpaq Naviqasiya Sistemi 2009-cu ildə yaradılacaq
ImageDövlət Torpaq və Xəritəçəkmə Komitəsi hazırda kosmik materiallar üzərində iş aparır.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq Naviqasiya Sisteminin yaradılması işini davam etdirir. Komitə sədri Qərib Məmmədovun sözlərinə görə, hazırda kosmik materialların üzərində iş aparılır. O bildirib ki, Torpaq Naviqasiya Sisteminin 2009-cu ildə başa çatdırılması planlaşdırılır.
Dünya Bankı Azərbaycanda Torpaq Naviqasiya Sisteminin yaradılmasına 38 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Həmin vəsaitin 15 mln. dolları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə verilib. Yaradılacaq naviqasiya sistemində torpaqların geodeziyası, kartoqrafiyası və torpaq tiplərinin öz əksini tapmalıdır. Ölkə ərazisində 40 naviqasiya sisteminin quraşdırılması planlaşdırılır.
 
Telefon yeriyərkən enerji yığacaq
Image İngilis alimləri ayağa bağlanan cihaz sayəsində elektrik yaymağı bacardılar.
Biomexanik enerji toplayıcısı ilə telefonunuza enerji yığmaq üçün sadəcə yeriməniz kifayət olacaq.
Miçiqan Universiteti alimləri tərəfindən hazırlanan “biomexanik enerji toplayıcı” adlı cihaz yeriyərkən dizin hərəkətlərindən alınan genetik enerjisini elektrikə çevirir. Pittburq və Simon Fraser universitetlərindən sınaqdan keçirilən cihazlar saatda 3 kilometr yeriyən bir insanın tək ayağından orta hesabla 5 V elektrik enerjisi əldə edə bilirlər. Bu miqdar eyni zamanda 10 cib telefonunu işlətməyə yetir.
 
Microsoft Azərbaycanda Elektron İnformasiya Mərkəzi yaradacaq
ImageAzərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Microsoft şirkəti ilə birgə elektron informasiya mərkəzinin yaradılması üzrə layihə hazırlayır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, Microsoft Orta Asiya, keçmiş SSRİ ölkələri və Orta Şərq regionunda özünün yeni elektron informasiya mərkəzini açmağı planlaşdırır. Bu baxımdan şirkət Aəzrbaycanla əməkdaşlıq etmək niyyətindədir.
«Bu məsələ Azərbaycan Prezidenti ilə Davosda keçirilən görüşdə müzakirə olundu və belə qərara gəlindi ki, bu təşəbbüs üzərində işlənilsin, şərtlər müəyyənləşdirilsin, ekspert-işçi qrupu yaradılsın. Layihə yaxın iki-üç il ərzində həyata keçiriləcək. Bundan əlavə, tranzit informasiya mərkəzinin yaradılması üzrə Azərbaycanın özünün layihəsi var. Hazırda bu layihə baxışdadır. Bu proqram çərçivəsində “Microsoft” Azərbaycanda özünün böyük informasiya mərkəzinin yaradılmasını təklif edir», - deyə nazir söyləyib.
 
“Microsoft”un Türkiyədəki rəqibi
Image“TÜBİTAK”ın inkişaf etdirdiyi beynəlxalq işlətmə sistemi olan Pardus “Microsoft”a rəqib çıxdı.
Proqramı hazırlayandan biri olan Erkan Tekman “Pardus”u 2008-ci ildə xidmətə verəcəklərini qeyd etdi. “Pardus” dünyanın dörd bir yanından dəstək verən 8 xarici olmaqla 40-a qədər könüllü işçinin dəstəyi ilə böyüyür. Proqram tək bir CD üzərində gəlir, və 30 dəqiqə ərzində komputerə quraşdırılır. “Pardus” 2007 ingiliscə, türkcə, almanca, ispanca, holandca və portuqalca dəstəklənir.
 
Azercelldən SMS günləri

Image 01 oktyabr 2007-ci il tarixindən 31 dekabr 2007-ci il tarixinədək Azercell abonentləri “SMS günləri” kampaniyasında iştirak edə bilərlər.
Necə? Gün ərzində hər 5 ödənişli SMS göndərdikdə, əvəzində 5 pulsuz SMS göndərmək imkanı qazanın! GəncSim tarif paketinin istifadəçiləri isə ay ərzində hər 15 ödənişli SMS göndərməklə 15 pulsuz SMS göndərmək imkanı qazanırlar!

 
10 milyard dollarlıq sayt

ImageBil Qeysin ona sahiblənmək arzusu puça çıxıb.

X newsİstifadəçilərinin sayı 42 milyondan artıq olan "Facebook" internet saytının qiyməti 10 milyard dollara yüksəlib. Saytın qiymətindəki artıma səbəb "Microsoft" şirkətinin rəhbəri Bil Qeysin onu almaq istəməsi olub. Sayt rəhbəri ona edilən təklifdən imtina etdikdən sonra qiymətlər fantastik həddə çatıb. Saytın 5 faizinə sahib olmağın qarşılığında B.Qeys 500 milyon dollar verməyə hazır olduğunu bəyanladıqdan sonra qiymətlərin 10 milyard dollara yüksəldiyi bildirilir. Məlumat üçün deyək ki, sözügedən sayt 2004-cü ildə 19 yaşlı tələbə Mark Zuçkerberq tərəfindən yaradılıb. Əvvəllər istifadəçiləri ancaq Harvard Universitetinin tələbələri olan sayt sonradan məşhurlaşaraq 42 milyon istifadəçisi olan sayta çevrilib.

 
Sony şirkəti elektron qurğular üçün «təhlükəsizlik yastığını» patentləşdirir.

Image Sony şirkəti ABŞ-ın patent və ticarət markaları Departamentinə (USPTO) yeni təhlükəsizlik sistemi haqqda patent ərizəsi təqdim edib.  Perspektivdə bu sistem portativ qurğularda istifadə edilə bilər. Yeni təhlükəsizlik sistemi ilə təchiz olunan elektron qurğunun sxematik təsviri
20070120999 nömrəli 31 may 2007-ci il tarixli ərizədə təsvir olunan texnologiyanın məğzi sukeçirməz konteyner və iki su ilə dolu kameradan ibarətdir. Qurğunun vacib elektron komponentləri hermetik konteynerə yerləşdirilir, hansı ki, öz növbəsində kameraların birinin içinə qoyulur. Bu kameraların divarlarında, zəruri halda (düşmə, zərbə zamanıı) suyu ikinci kameranın iç hissəsinə ötürən dəliklər yerləşdirilib. Bunun sayəsində elektron cihazın zədələnməsi halı minimuma enir.

 
Dell şirkəti mayeli soyutma sistemli serverlər təklif edir
Image Dell şirkəti Emerson Network Power şirkəti ilə əməkdaşlıq haqqda saziş imzalamasını elan etdi. Müqavilənin şərtlərinə əsasən, Dell şirkəti Liebert XD mayeli soyutma sistemi ilə təchiz olunmuş Dell-Liebert Energy Smart Solutions xüsusi hesablama komplekslərinin satışı ilə məşğul olacaq.
 
Microsoft`dan gələcəyin texnologiyası

Microsoft Surface - Microsoft`dan interaktiv səthli bir stol. Bir çox sensor, qəbuledici və kameraların köməkliyi ilə obyektləri, toxunmanı, hərəkəti və s.-ni təyin edə bilir. Bu stolun nələri bacardığını açıqlamaqdansa - özünüzün görməyi daha yaxşı olar.

 
NATO ekspertləri Estoniya kiberməkanına hücum edən cinayətkarları tapmaq niyyətindədir
Image Estoniyanın onlayn infrastrukturuna kütləvi hücumlar Estoniya və Rusiya arasında yaşanan gəlginlik dövrü ilə üst-üstə düşdü. Xatırladaq ki, bu gərginlik rus əsgərlərinin şərəfinə ucaldılmış abidənin Tallinin mərkəzindən köçürülməsindən sonra başlandı. Hücumların pik dövrü 8 və 9 maya təsadüf etdi. Bir çox qəzet və tədris müəssisələrinin, müdafiə nazirliyinin, xarici işlər nazirliyinin, parlamentin və digər idarələrin saytlarına ciddi zərər dəymişdi. Estoniya hökuməti belə hesab edir ki, xaker hücumları Rusiyadan qaynaqlanır və bu işə rusiya xüsusi xidmət orqanlarının da əli var. Lakin Krem lbu ittihamı təkzib edərək bildirir ki, Estoniya ilə «kiber müharibə» aparmır.